“Azərbaycan-Braziliya ciu-citsu klubu”nun iclası olub

Bu gün “Azərbaycan-Braziliya ciu-citsu klubu”nun ictimai birliyinin növbəti iclası olub. Allsport.az saytı xəbər verir ki, toplantıda ictimai birliyin prezidenti Aqil Acalov, bu döyüş sənətinin Azərbaycanda banisi, həmçinin klubun təsisçisi Taleh Həsənov, klubun 1-ci vitse-prezidenti Rəsul Məmmədov, vitse-prezidenti Anar Səfərov iştirak ediblər.

İclası açılış sözü ilə açan Aqil Acalov, ağır pandemiya şərtlərindən, tətbiq edilən karantin rejiminin idmançılara və ümumiyyətlə idmana vurduğu mənfi təsirlərdən danışıb. Tezliklə hər şeyin sona çataraq normal həyata dönməyini arzulayan klub rəhbəri, ictimai birliyin yenidən öz fəaliyyətini bərpa edəcəyini və ötən zaman ərzində dəymiş zərəri qısa müddət ərzində bərpa etmək üçün əlindən gələni edəcəyini deyib.

Sonra çıxış edən Taleh Həsənov pandemiyadan sonrakı dövr üçün görülən hazırlıqlardan və bu dönəmdə insanları, xüsusilə uşaqları və gəncləri həvəsləndirərək idmana sevgini onlara aşılamağın vacibliyindən danışıb. O, bu ötən zaman kəsiyi ərzində idmanda yaşanan durğunluqdan danışaraq post-pandemiya dövründə görüləcək işlərin çoxluğunu xüsusi vurğulayıb.

Həmin kateqoriyadan