Azərbaycan derbisi də sülh ilə bitdi, autsayderlərin dueli də

Bu gün Topaz Premyer Liqasında 6-cı turun növbəti görüşləri keçirilib. Allsport.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.

Hər iki qarşılaşma eyni vaxtda start götürüb. Son çempion “Qarabağ” yeni inşa olunmuş staionunda “Neftçi” ilə qarşılaşıb. Ağdam klubu belə bir özəl gündə əzəli rəqibinə qalib gələ bilməyib və 1 xalla kifayətlənib.

“Sumqayıt” isə AzAL ilə üz-üzə gəlib. Bu görüşdə də heç-heçə qeydə alınıb.

Topaz Premyer Liqası
6-cı tur
26 sentyabr

“Qarabağ” – “Neftçi” – 1:1 (0:0)
Qollar: E.Ramos, 61 (0:1). R.Almeyda, 90-pen. (1:1).
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Bakı. “Qarabağ Arena”.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 10. Dani, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 67. Əlhərbi Əl-Jadeyui.
Baş məşqçi: Qurban Qurbanov.
“Neftçi”: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 5. Xuan Alberto, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Antonio Quinta, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 24. Mixal Peskoviç, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 18. Kaue da Silva, 21. Samir Məsimov, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Samir Əliyev.

“Sumqayıt” – AzAL – 1:0 (1:0)
Qollar: A.Ramazanov, 36 (1:0). A.Quruli, 90+4 (1:1).
Qırmızı vərəqə: B.Həsənalızadə, 61.
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Vüsal Qənbərov, Nail Nağıyev
Sumqayıt “Kapital Bank Arena”.

“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 7. Pərdis Fərcad–Azad, 8. Nuran Qurbanov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 15. Nodar Məmmədov, 22. Tofiq Mikayılov, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 10. Uğur Pamuk, 23. Tural Rzayev, 24. Amit Quluzadə, 39. Emin Mehdiyev, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Aqil Məmmədov.
AzAL: 16. Stanislav Namaşko, 4. Qvanzan Maqomedov, 3. Tural Hümbətov, 2. Rail Məlikov, 24. Emin Cəfərquliyev, 8. Seymur Əsədov (k), 14. İlqar Ələkbərov, 21. Murad Səttarlı, 11. Ruslan Nəsirli, 19. Məhəmməd Bədəlbəyli, 27. Aleksandr Quruli.
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 6. Tagim Novruzov, 9. Aydın Qasımov, 20. İsmayıl İbrahimli, 28. Müşfiq Teymurov, 7. Tərlan Xəlilov, 15. Rüfət Musayev.
Baş məşqçi: Tərlan Əhmədov.

Turun digər oyunları: “İnter” – “Kəpəz” – 1:0, “Rəvan” – “Qəbələ” – 0:3.

Tura sabah keçiriləcək “Xəzər Lənkəran” – “Zirə” matçı ilə yekun vurulacaq.

Həmin kateqoriyadan