“Azərbaycan fasilədən bizə çətinliklər yaşatmağa başladı”

DÇ-2022-nin ələməsində Portuqaliya yığması ev sahibi kimi Azərbaycan futbolçularına 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, rəqibin baş məşqçisi Fernando Santos görüşdən sonra bunu deyib: 

“İlk hissədə oyuna tamamilə nəzarət edirdik, amma qol vəziyyətləri yaratmaq baxımından çətinlik çəkirdik. İntizamlı, kompakt oyun nümayiş etdirirdik, topu itirən kimi dərhal onu yenidən ələ keçirməyə çalışırdıq.

Azərbaycan fasilədən sonra oyun planında dəyişiklik etdi. Əsasən qısa ötürmələrdən istifadə etməklə özünə inamı qaytardı və bizə çətinliklər yaşatmağa başladı. Hücum xəttində oyunumuzu daha yaxşılaşdırmalıyıq. Əsas qələbə qazanmaq idi. Onu da əldə etdik”.

Həmin kateqoriyadan