- Baxış sayı: 45
- 17 Aprel 2024 15:16
- Baxış sayı: 45
- Aprel 18, 2024
- 0
Fevralın 8-də gənclər və idman nazirliyində Azərbaycan karate federasiyaları asossiasiyasının ümumi yığıncağı keçirilib. Dövlət himni səsləndirilib, sonra AKFA-nın üzvü Həmdiyyə Məmmədov gündəlik barədə məlumat verib.
Allsport.az saytı xəbər verir ki, toplantıda seçkilər keçirilib və asossiasiyanın prezidenti vəsifəsinə Milli Məclisin üzvü Ülvi Quliyev, vitse-prezidenti postuna isə Füzuli Musayev, Rəhman Hətəmov, Fərid Əsgərov və Allahverdi Rüstəmov seçiliblər. Yaşar Bəşirov, Elçin Mehdizadə, Maarif Bağırov, Rəfael Bünyatov və Zöhrab Məmmədov idarə heyətinin üzvü seçiliblər.
AKFA-nın prezidenti Ülvi Quliyev çıxış edərək, qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.