Azərbaycan karateçisi Xorvatiyada qalib olub

Azərbaycan millisinin karateçisi İrina Zaretska Xorvatiyada “Top Ten” beynəlxalq turnirinin qalibi olub. Allsport.az saytı xəbər verir ki, idmançılar hər ilin sonunda bu yarışda xüsusi dəvətlə iştirak edirlər.

Yüksək nəticəsi olan seçilmişlər 1 dövrə görüşərək, aralarında ən güclünü müəyyənləşdirirlər. Bir növ şou xarakteri daşıyan tədbirin qalibinə kubok ilə yanaşı, pul mükafatı da təqdim olunur.

Həmin kateqoriyadan