“Azərbaycan millisi müdafiədə müəyyən qədər zəif təsir bağışlayır”

Belarus millisinin və “Torpedo”nun futbolçusu Pavel Sedko, bu gün millətlər liqasının 2-ci turunda Azərbaycanla matç barədə fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi rəqibin ön xətdə yaxşı təsir bağışladığını, lakin müdafiədə zəif olduğunu deyib:

“Rəqib komanda müdafiədə müəyyən qədər zəif təsir bağışlayır. Amma prinsipcə, kifayət qədər yaxşı kollektivdir.  Ön xətdə yaxşı çıxış edirlər. Bu gün hücum futbolu sərgiləyəcəyik. Fikrimcə, qollarımızı vuraraq qalib gələcəyik. Yalnız qələbəyə köklənmişik.

Bizim üçün başqa nəticə yoxdur. Bütün oyunçuların motivasiyası hədsizdir, görüşə yaxşı hazırlaşmışıq. Oyundan əvvəl məşq də keçirmişik. Bugünkü matça hamımız hazırıq”.

Belarus – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Həmin kateqoriyadan