Azərbaycan öz mövqeyində qaldı

Futzal üzrə milli komandaların növbəti reytinq cədvəli açıqlanıb. Allsport.az xəbər verir ki, yeni siyahıda Azərbaycan yığmasının mövqeyi dəyişməz olaraq qalıb.

Belə ki, millimiz yenə 1393 xalla 12-ci pillədə qərarlaşıb.

Azərbaycan Avropa ölkələri arasındakı mövqeyini də qoruyub. Yığmamız İspaniya, Rusiya, İtaliya, Portuqaliya, Ukrayna və Çex Respublikasının ardından 7-ci pillədə qərarlaşıb.

Yığmamızın AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərindən olan Ukrayna (1472 xal) 7-ci, Belçika 29-cu (1197), Danimarka 57-cidir (902).

Siyahının ilk 20 pilləsində qərarlaşan komandalar bunlardır:

1. İspaniya – 1917
2. Braziliya – 1910
3. Rusiya – 1739
4. İtaliya – 1730
5. Argentina – 1684
6. Portuqaliya – 1618
7. İran – 1599
8. Ukrayna – 1472
9. Çexiya – 1416
10. Kolumbiya – 1415
11. Yaponiya – 1401
12. Azərbaycan – 1393
13. Paraqvay – 1384
14. Sloveniya – 1362
15. Rumıniya – 1329
16. Xorvatiya – 1318
17. Serbiya – 1301
18. Tailand – 1295
19. Özbəkistan – 1259
20. Qvatemala – 1241

Həmin kateqoriyadan