- Baxış sayı: 44
- 03 Avqust 2026 23:44
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0

2-ci Avropa oyunları çərçivəsində “Azərbaycan günü” keçirildi. Allsport.az saytı xəbər verir ki, Minsk idman sarayının ərazisində düzəldilən şəhərçikdə yarışların bədii hissəsi bizim tədbirlə başladı.
Qonaqlar Azərbaycanın yerli məhsulları və şirniyyatlarından dadaraq, milli guşədə ölkəmiz haqqında bilgilər əldə etdilər. Qələbə meydanında quraşdırılan səhnədə milli rəqsləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. 2-ci qitə oyunlarının səfiri Tünzalə Ağayeva öz mahnıları ilə yerli publikaya yüksək ovqat bəxş etdi.
Tədbirdə çıxış edən milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Bakıda keçirilmiş ilk Avropa oyunlarından danışdı. Bildirdi ki, Azərbaycan və Belarus xalqları möhkəm dostdurlar və o, yerli azarkeşlərin idmançılarımıza dəstək olacağına əmindir.