- Baxış sayı: 16
- 10 Avqust 2026 23:57
- Baxış sayı: 87
- Avqust 10, 2026
- 0

Heyəti yeniləməyə davam edən “Kəpəz” növbəti transferini həyata keçirib.
Allsport.az xəbər verir ki, “sarı-göylər” Namik Ələsgərovu heyətinə cəlb edib. 31 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Təcrübəli futbolçunun son klubu “Zirə” olub. O, karyerası ərzində ikinci dəfə Qərb təmsilçisinin şərəfini qoruyacaq. Namik 2015/2016 mövsümünün ikinci yarısında da “Kəpəz”də oynayıb və meydana çıxdığı 15 matçda 3 dəfə rəqib qapılarına yol tapıb. Yarımmüdafiəçi vaxtilə Azərbaycan milli komandasının da formasını geyinib.
Gəncə təmsilçisi bu yay Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar, Urfan Abbasov, Kennet Kalunqa və Viktor Stina ilə də müqavilə bağlayıb.