Badminton millimizdən gümüş medal

Azərbaycanın yeniyetmə və gənc badmintonçulardan ibarət millisi I MDB oyunlarında sonuncu görüşünü keçirib.

Allsport.az xəbər verir ki, komanda qrup mərhələsinin 5-ci turunda Qazaxıstan yığmasına 4:1 hesabı ilə qalib gəlib.

Turnir cədvəlini 2-ci sırada başa vuran milli komanda yarışlarında gümüş medala layiq görülüb. Qaliblərin mükafatlandırılma mərasimi Bakı vaxtı ilə saat 21:25-də Atletlər kəndində təşkil olunacaq.

Həmin kateqoriyadan