Azərbaycanın hesabına qazandığı pulu Ukrayna ordusuna bağışlayacaq

Millinin öncülü İrina Zaretska 3 gün öncə Portuqaliyanın Matozinyuş şəhərindəki karate-1 premyer liqasında 2-ci yer üçün qazandığı məbləği Ukrayna ordusuna bağışlayacaq. Allsport.az saytı xəbər verir ki, olimpiya mükafatçısı atacağı addımı belə izah edib: 

“Bu turnirdə nə özüm, nə də ölkəm Azərbaycan üçün mübarizə aparmışam. Mən doğulduğum Ukrayna üçün döyüşmüşəm. Ona görə də burada qazandığım pulun hamısını Ukrayna ordusunun müharibədə vuruşmasına kömək etmək üçün ödəyəcəyəm. Hər töhfə kömək olur”.

İrina Zaretska gümüş medalla yanaşı, 500 avro pul mükafatı əldə edib. 

Həmin kateqoriyadan