Azərbaycanla oyun günü dron uçuşu yasaqlandı

Lüksemburqda millətlər liqasının qrupda Azərbaycanla son oyun günü dronların uçuşuna qadağa qoyulub. Allsport.az saytı xəbər verir ki, hökumət baş verə biləcək mümkün təxribatın qarşısını almaq üçün bu addımı atıb və matçın keçiriləcəyi noyabrın 17-i bütün dron uçuşuna qadağa ilə bağlı qərar qəbil edilib.

Xatırladaq ki, 2018/2019 mövsümündə Avropa liqasının qrupunda “Düdelanj” – “Qarabağ” görüşündə (1:4) ermənilər tərəfindən təxribat törədilmişdi. Matçın 1-ci hissəsində Ağdam klubunun 30-cu dəqiqədə vurduğu 2-ci qoldan sonra, stadionun üzərinə dronla separatçı rejimin bayrağı gətirilmişdi.

Həmin kateqoriyadan