Azərbaycanlı futbolçusu Rusiya millisindən getdi

Dünya Kubokunun 1/4 finalda mübarizəni dayandıran ev sahiblərinin azərbaycanlı futbolçusu Aleksandr Səmədov Rusiya-2018 barədə danışıb. Allsport.az saytı xəbər verir ki, həmyerlimiz millidə karyerasını bitirdiyini  elan edib:

“Xorvatiya yığması ilə görüşdə məyus olduq. Ama göstərdik ki, bu komanda ilə qürur duymaq olar. Layiqli futbol nümayiş etdirdik. İstəməzdik, yarı yolda dayanaq.

Hər halda, milliyə inanmaq üçün münasibəti dəyişə bildik. Fikrimcə, komandanın özəyi qorunacaq. Mənə gəldincə, xorvatlarla oyun Rusiya yığmasında sonuncu çıxışım idi”.

Həmin kateqoriyadan