Azərbaycanlı veteran futbolçu Ukraynaya qarşı savaşda Rusiya ordusuna çağırıldı

Azərbaycan millisinin keçmiş futbolçusu Emin Ağayev, Ukrayna müharibə ilə əlaqədar Rusiyada qismən səfərbərlik çərçivəsində silahlı qoşunların sıralarına çağırılıb.

Allsport.az saytı xəbər verir ki, 49 yaşlı futbol veteranı qeydiyyatda olduğu rayon üzrə hərbi komissarlığa yollanıb və zəruri müayinələrdən keçib. Ona lazım gələcəyi vaxt Ukrayna ilə müharibəyə yollanacağı bildirilib.

Azerisport.az-ın məlumatına görə, 1992-ci ildə “Neftçi” ilə Azərbaycan çempionu olan müdafiəçi, sonradan Rusiyaya köçüb. Uzun illər oynadığı bu ölkədə vətəndaşlıq alan həmyerlimiz, bir neçə mövsüm “Səbail”in məşqçilər heyətində yer alıb.

Həmin kateqoriyadan