- Baxış sayı: 57
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 50
- Sentyabr 26, 2026
- 0

Qadın həndbolçulardan ibarət “Azəryol” klubu Avropa kubokunun 2-ci raundunda ilk görüşə çıxıb. Allsport.az saytı xəbər verir ki, komandamız Atatürkün doğulduğu şəhərdə, Salonikidə “Panorama” ilə qarşılaşıb.
Matç yunanların 37:21 qələbəsi ilə bitib. Bizdən ən məhsuldar oyunçu İnarə Yusibova olub. O, 5 dəfə fərqlənib. Cavab oyunu da bu gün səfərdə baş tutacaq.