“Azarkeşlərin dəstəyi ilə 3 xal qazanacağımıza inanıram”

Allsport.az xəbər verir ki, futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov, Niderlandla oyun haqda danışıb:

“Rəqibin Qazaxıstanla oyununu izləmişik. Onlar da bu görüşə ciddi hazırlaşırlar. Təsadüfi deyil ki, sentyabrın 17-dən Bakıdadırlar. Baş məşqçiləri tanış simadır. Migel vaxtilə millimizin məşqçisi olub. Onunla həm də Rusiya klubunda oynayan zaman işbirliyimiz olub. Çətin və bizim üçün əsas oyundur. Bir növ qrupda finala bərabər görüş olacaq. Azarkeşlərin dəstəyi ilə 3 xal qazanacağımıza inanıram”.

Həmin kateqoriyadan