Bədavi Hüseynov: “Rəqib müdafiədə çox uğurlu oynadı”

“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov ölkə çempionatının 19-cu turunda səfərdə AzAL-a 0:1 hesabı ilə uduzduqları oyuna şərh verib. Allsport.az saytı xəbər verir ki, müdafiəçi rəqib barəsində xoş söz deyib:

“O qədər də yaxşı oyun keçirdiyimizi deməzdim. Meydan sahiblərinin qapısı qarşısında çoxlu qol vəziyyəti yaratdıq. Əfsuslar olsun ki, onların heç birindən yararlana bilmədik.

Rəqib müdafiədə çox uğurlu oynadı və qapısını toxunulmaz saxladı.Bu oyun göstərdi ki, çempionatın qalan hissəsi çox maraqlı keçəcək. Hər bir matça çox ciddi hazırlaşmaq lazımdır”.

Həmin kateqoriyadan