“Bəzilərinə tarixin ən yaxşısı Maradonadır, amma mənim üçün Messidir”

 Allsport.az saytı xəbər verir ki, “Atletiko”nun və Uruqvay millisinin keçmiş müdafiəçisi Dieqo Qodin, “İnter Mayami”nin hücumçusu Lionel Messini tarixin ən yaxşı futbolçusu adlandırıb. Sitat:

““Atletiko” ilə çempionluğumuz (2014-cü ildə) digərlərindən 10-qat daha dəyərlidir. O illərdə “Atletiko” və Uruqvayda mən Lionel Messiyə qarşı onun “Barselona”da karyerasının zirvəsində olduğu məqamda və “Real”da Kriştianu Ronalduya qarşı oynamaq məcburiyyətində qaldım.

Mən bütün zamanların və ya ən azı, bu dövrün ən yaxşı oyunçusu ilə matçların sayında 2-ciyəm. Bəziləri üçün tarizin ən yaxşısı Maradona olacaq, amma mənim üçün Messidir”.

Həmin kateqoriyadan