Badmintonçularımız ermənilərlə qarşılaşacaq

Badmintonçularımız ermənilərlə  qarşılaşacaq

Tatarıstanın paytaxtı Qazanda keçirilən MDB oyunlarında badminton üzrə milli komandamız qrup mərhələsində Belarusla qarşılaşıb.

Allsport.az xəbər verir ki, beş kateqoriya üzrə keçirilən komanda yarışında badmintonçularımız 4:1 hesabı ilə qalib gəlib.

Komandamız qrup mərhələsində növbəti görüşünü bu gün Bakı vaxtı ilə saat 15:30-da Özbəkistan komandasına qarşı keçirəcək. III turda isə komandamız Ermənistanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qrup mərhələsində IV və V turun görüşləri sabah keçiriləcək. Badmintonçularımız Qazaxıstan və Rusiyanı təmsil edən komandalarla qarşılaşacaq.

Həmin kateqoriyadan