Ölkə çempionatında 96 badmintonçu iştirak edəcək

Noyabrın 20-23-də Bakıda 1 nömrəli idman liseyinin badminton zalında Azərbaycan çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, 5 kateqoriya üzrə keçiriləcək turnirdə 1 oyunçu 3 kateqoriyada iştirak edə bilər.

Çempionat olimpiya sistemi üzrə 1-4 yerləri təyin etməklə keçiriləcək. Yarışlar 3 mərhələ üzrə oynanılacaq. Turnirdə 96 idmançı iştirak edəcək. Bu gün 15:30-da yarışın açılış mərasimi olacaq.

Azərbaycan çempionatının keçirilməsində məqsəd şəhər və rayonlarda badmintonun yayılmasına və inkişafına nail olmaq, perspektivli badmintonçuları aşkar etmək, beynəlxalq yarışlar üçün milli komandanın heyətini müəyyənləşdirməkdir.

Həmin kateqoriyadan