Badmintonçularınız Lüksemburq və İslandiyaya uduzub

Badminton millimiz Tatarıstan paytaxtı Qazanda təşkil olunan Avropa çempionatında 3-cü qrupda ilk matçını Lüksemburqa qarşı keçirib. Allsport.az saytı xəbər verir ki, şəxsi görüşlərdə Orxan Qələndərov və Kənan Rzayev məğlub olsalar da, Ezmi Qovimuramadhoni Yuno Tomasla görüşdən qalib ayrılıblar.

Təmsilçilərimiz qoşa yarışlarda da qələbə qazana bilməyib. Orxan Rzayev, Kənan Qələndərov cütü 3 setin yekununda 1:2 hesabı ilə uduzub. Cahid Əlhəsənov və Ezmi Qovimuramadhoni lüksemburqlu həmkarlarına 0:2 hesabı ilə məğlub olub. Yekunda rəqib 4:1 hesablı qələbə qazanıb.

Seçməmiz növbəti görüşdə İslandiya ilə qarşılaşıb. Şəxsi görüşlərdə Səbuhi Hüseynov və Cahid Əlhəsənov 2 hissənin yekununda uduzublar. Ezmi Qovimuramadhoni 2:0 hesablı qəbəni bayram edib. Kişilərin qoşa yarışlarında Səbuhi Hüseynov və Cahid Əlhəsənov 0:2 yeniliblər.

Kənan Qələndərov və Ezmi Qovimuramadhonin yer aldığı axırıncı qoşa yarışında da sevinən rəqib olub. Sonda İslandiya millisi 4:1 qalib gəlib.

Həmin kateqoriyadan