Badmintonçumuz dünya əmsalında 38 pillə irəliləyib

Beynəlxalq Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Ukraynanın Xarkov şəhərində keçirilən yarışda finala yüksələn Edi Reski Dviçayo siyahıda 38 pillə də irəliləyib. Hesabında 11 min 900 əmsalı xalı olan təmsilçimiz 139-cu sıradadır.

Digər badmintonçumuz Ezmi Qovimuramadhoni isə reytinqdə 85 pillə irəliləyib. Aktivində 4478 xalı olan badmintonçu 286-cıdır. Edi və Ezmi cütü badmintonçuların qoşa yarışlarında da irəliləyişə nail olub. Siyahıda 9 pillə irəliləyən cütlük 142-ci yerdədilər.

Həmin kateqoriyadan