- Baxış sayı: 31
- 02 Noyabr 2026 13:57
- Baxış sayı: 274
- Oktyabr 25, 2026
- 0

Niderlandın Vateringen şəhərində badmonçular arasında beynəlxalq turnir keçirilib.
Allsport.az saytı xəbər verir ki, bu yarışlarda ölkəmizi baş məşqçi Ceyhun Məmmədəliyevin rəhbərliyi ilə Kənan Rzayev və Orxan Qələndərov təmsil ediblər.
Gərgin mübarizədə idmançılarımız həm fərdi, həm də qoşa yarışda uduzublar. Qeyd edək ki, bu cütlük Azərbaycanı Birinci Avropa Oyunlarında da təmsil edəcək.