FOTO
Nazir Bakı 2015-in əməkdaşları və könüllülərlə birgə 1000-dən çox ağac əkib

Ölkənin və şəhərin irsində iz buraxacaq təşəbbüslərin bir hissəsi olaraq bu gün “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 1000-dən çox ağac əkilib.

Allsport.az xəbər veir ki, BAOƏK-in 300-dən çox azərbaycanlı və əcnəbi əməkdaşı və “Alov qoruyan”lar Bakı şəhərinin qərbində yerləşən Müşfiqabad qəsəbəsində könüllü olaraq gələcək meşə zolağının salınması məqsədilə 1000-dən çox nar, palıd, qarağac və şam ağacı əkmişlər. Könüllülərə Azərbaycan Respublikasının Gənclər və İdman naziri və “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov və Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitin də qoşularaq bir sıra ağac əkmişlər.

Bakı 2015 Avropa Oyunları Azərbaycanın tarixində möhtəşəm hadisə olacaq və bu tədbir ölkənin və əhalinin həyatında əhəmiyyətli yer tutacaq. Biz Avropa Oyunlarının Azərbaycanın bəşəri və infrastruktur sahələri üzrə səmərələrini tez-tez vurğulayırıq, bu gün isə qarşıdakı yarışların Bakının yaşıllaşdırılması və dayanıqlı mirası üzrə iz buraxacağını nümayiş etdirə bilərik”- deyə, cənab Rəhimov qeyd etmişdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov bildirib: “Ağacəkmə Novruz bayramı ərəfəsində keçirilən Azərbaycan adətidir. Beləliklə, yeni ilin, eləcə də yeni həyatın gəlişini qeyd edirik: bu ağaclar gələcək nəsillər üçün əkilir”.

10314679_10153164676868669_398403541208377833_n 10548115_10153164676823669_2449018331144460897_o 10835049_10153164676828669_4976741336882297998_o 10858534_10153164677043669_5789469187425623786_n 10887561_10153164677108669_7512085673056430221_o 10997021_10153164677128669_8241881152289175184_o 11016117_10153164677148669_7872222107977819779_o 11018300_10153164676803669_7315951686679279100_n 11043200_10153164677063669_2242752824407416136_n 11045010_10153164677038669_2974659348073173074_o 11050196_10153164677078669_7027942065730329603_n 11062944_10153164676773669_3465633226477711381_n

Həmin kateqoriyadan