Bakı idman sarayında “Olimpiya ümidləri”

27-28 avqustda Bakı idman sarayında “Olimpiya ümidləri” beynəlxalq karate turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, uşaqlar arasında təşkil edilən yarış Avropa karate federasiyasının təqvim planına daxil edilib. Yarışdan bir gün əvvəl isə tanınmış Azərbaycan karateçiləri Rafael Ağayevİrina Zaretskanın idarə edəcəyi seminar nəzərdə tutulub.

Turnirdə Azərbaycan, Küveyt, Özbəkistan, Litva və ABŞ-dan 6-13 yaşlarında 300-dək idmançı iştirak edəcək. Yarışın idarə edilməsinə bir neçə ölkədən beynəlxlaq hakimlər dəvət edilib. AMKF bu turnirin hər il yay aylarında keçirilməsində və idmançı uşaqların məktəb tətili dövründə bir neçə günlük beynəlxalq idman düşərgəsi olmasında maraqlıdır.

Həmin kateqoriyadan