Bakı klubunun keçmiş baş məşqçisi: “Ölənə qədər Rusiyada onları dəstəkləyəcəyəm”

Allsport.az saytı xəbər verir ki, Bakının “Neftçi” klubunun, eləcə də Sankt Peterburq “Zenit”inin keçmiş baş məşqçisi Vlastimil Petrjela “ağ-mavi” əhlini Rusiya çempionu olmaları münasibəti ilə təbrik edib. Piter təmsilçisi 68 xalla qalib gəlib, “Sabah”ın sabiq baş məşqçisi Murad Musayevli “Krasnodar” rəqibdən 2 xal geridə qalıb:

“”Zenit”i RPL-də qalib gəldikləri üçün təbrik edirəm! Ölənə qədər Rusiyada onları dəstəkləyəcəyəm, ona görə də bu kimi qələbələrə həmişə sevinirəm. Məncə, “Zenit” hər mövsüm çempion olmalıdır. Onlar Rusiyanın ən varlı komandasıdır, ona görə də həmişə ən güclü heyətə sahibdirlər”.

Həmin kateqoriyadan