“Bakıda “Formula-1″ yolu fövqəladə olacaq”

“2016-cı ildə Bakıda ilk “Formula-1″ yarışının keçiriləcəyi yol sxemdə olduğundan daha cəlbedici görünəcək”. Allsport.az xəbər verir ki, bunu layihəçi German Tilke bildirib.

Qeyd edək ki, dünyada “Formula-1″ yarışı üçün yolların əksəriyyəti onun layihəsi üzrə inşa edilir. Tilkenin sözlərinə görə, Azərbaycan paytaxtının küçələri ilə uzanacaq yolun halqası reallıqda xeyli cəlbedici görünəcək:

“Siz yolu üç ölçüdə görə bilərsiniz və bunu şəkillərdən anlamaq çətindir. O köhnə şəhərə doğru yoxuşa qalxır, sonra XIII əsrə aid qala divarlarının yanından keçir. Bu, mövcud yollardan keçən müvəqqəti yol olacaq. Biz hamısının yox, onlardan bəzilərinin örtüyünü dəyişəcəyik. Yol çox sürətlidir və o, dünyadakı digər şəhər yollarından tamamilə fərqlənir. Yol Monako və ya Sinqapurdakı kimi deyil. Bu nəsə tamamilə fövqəladə bir şey olacaq”.

Həmin kateqoriyadan