Həmid Altuntop: “Bakıdakı qardaşlarımızla qrupdan çıxmaq istəyirik”

Türkiyə millisinin sabiq yarımmüdafiəçisi Həmid Altuntop yığma komandanın Avropa çempionatındakı şanslarını dəyərləndirib. Allsport.az xəbər verir ki, yerli federasiyanın idarə heyətinin üzvü olan veteran futbolçu Bakıdakı dəstəklə uğur qazanmaq istədiklərini bildirib:

“Yaxşı qrupa düşmüşük. Açılış matçını bizim oynamağımız önəmlidir. Bu, motivasiya baxımından da vacibdir. Bakıdakı qardaşlarımızla qrupdan çıxmaq istəyirik. Ən önəmlisi komandanın inkişaf etməsidir. 6 qrupdan 3-cü yeri tutan ən yaxşı 4 komanda pley-off-a adlayacaq.

İnanıram ki, kağız üzərində olduğu kimi, meydanda da qazanan tərəf biz olarıq. Arzum budur ki, millimiz bizim edə bilmədiyimizi AÇ-2020-də həyata keçirsin. Futbolçularımız daha gözəl yerlərə gəlsinlər və bizdən də yaxşı karyera qursunlar”.

İtaliya, İsveçrə və Uelslə eyni qrupda yer alan Türkiyə millisi 2 oyununu Bakıda keçirəcək.

Həmin kateqoriyadan