FOTO
Bakıya gəlmiş ulduz idmançıları intizarda saxlayan rusiyalı model yenə soyundu

Rusiyalı fitnes-model Viktoriya Odintsova yeni çılpaq fotolarını paylaşıb. Allsport.az xəbər verir ki, 26 yaşlı model yenə “Mavrin” jurnalı üçün soyunub.

Rus gözəlin hər gün izləyiciləri sürətlə artmaqdadır. Məşhur model Formula1-də dünyanın ən yaxşı sürücüsü hesab olunan Lüis Həmiltonun ona aşiq olduğunu bildirmişdi:

“Münasibətimiz var idi və hətta bu, bir müddət romantik oldu. Ancaq mən Rusiyada, o isə xaricdə qalır. Buna görə də dost münasibətini davam etdirdik. Hərdən mesajlaşırıq”.

“Mersedes”in sürücüsü gözəl modellə Barselonada tanış olub və onların aralarında görünür, sevgi mübasibətləri olub.

Viktoriya Odintsova Neymar və Kriştianu Ronaldudan da mesaj aldığını deyib. Ancaq o, Ronaldunun mesajını oxuyub, cavab yazmadığını bildirib.

Viktoriya 2019-cu ildə keçirilmiş Formula1 üzrə Azərbaycan qran-prisinin təqdimatçı gözəllərindən olub. O, Bakının gözəlliyinə heyran qaldığını söyləmişdi.

Həmin kateqoriyadan