NBA ulduzu ilə sevgili oldu

NBA ulduzu ilə sevgili oldu

Rusiyalı supermodel İrina Şeyk ilə NBA ulduzu Devin Bukerin münasibətdə olduğu bildirilir.

Allsport.az xəbər verir ki, münasibətlə bağlı söz-söhbətlər bir neçə ay əvvəl ortaya çıxsa da, son günlər bunu təsdiqləyən görüntülər yayılıb.

Ötən həftəsonu Buker Nyu York ştatının İst-Hempton bölgəsində yerləşən kafedən çıxarkən görüntülənib. Şahidlərin sözlərinə görə, o, burada İrina Şeyklə səhər yeməyi edib.

Daha sonra Montokda təşkil olunan məclisdən yayılan videoda supermodelin NBA basketbolçusunun yanından ayrılmadığı, mühafizəçilərin isə qonaqların cütlüyü lentə almaq cəhdlərinin qarşısını aldığı bildirilib.

Mənbələrin iddiasına əsasən, İrina Şeyk yeni mövsümdə Devin Bukeri NBA oyunlarında tribunadan dəstəkləməyi planlaşdırır.

Qeyd edəBuker daha əvvəl iki il model Kendal Cennerlə münasibətdə olub. İrina Şeyk isə aktyor Bredli Kuperlə dörd il davam edən münasibətindən dünyaya gələn 9 yaşlı qızı Leyanı böyüdür.

Həmin kateqoriyadan