Övladlarına kömək etməməkdə ittiham etdi

Övladlarına kömək etməməkdə ittiham etdi

Argentina millisinin sabiq hücumçusu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara futbolçunu övladlarına dəstək göstərməməkdə günahlandırıb.

Allsport.az xəbər verir ki, biznesmen qadın 2026-cı il dünya çempionatının finalı zamanı Nyu Yorkda olarkən Milandakı evinin qarət edildiyini bildirib.

Naməlum şəxslər Vandanın uşaqlarının olduğu vaxt evə daxil olub və ailə sənədlərini, o cümlədən İkardi ilə ortaq övladları olan 11 yaşlı Françeska və 9 yaşlı İzabellanın şəxsiyyət vəsiqələrini oğurlayıblar.

Bu səbəbdən Nara qızları ilə birlikdə ABŞ-də qalıb və Argentinaya qayıda bilmir. O, sosial şəbəkədə paylaşım edərək İkardidən yaranmış bürokratik problemin həlli üçün tələb olunan imzanı verməsini istəyib:

“Öz uşaqlarının sənədlərini imzalamaq üçün yad uşaqların ögey atasını göndərin. Qarətdən artıq 10 gün keçib. O isə bizdən cəmi 20 dəqiqə uzaqda şərab qədəhi ilə əylənirdi. Halbuki Argentinada ola-ola belə sənədləri “Vatsap” vasitəsilə imzalaya bilərdi.

Kral, işləməli oluram, çünki işləyən və uşaqları dolandıran yeganə şəxs mənəm. Yoxsa düşünürsən ki, onlar sən aliment ödəmək istəyəndə gözləyəcəklər? Əzizim, enerjini qaçışlara və klub axtarmağa sərf et, hamımızın həyatını çətinləşdirməyə yox”.

Həmin kateqoriyadan