FOTO
Bakıya səfərə hazırlaşan Şikin bacısı Zaqatalada oynayan hücumçu ilə xoşbəxtdir

Çex Respublikasının heyətində Avropa çempionatında qolları sıralayan Patrik Şikin bacısı Kristina Şikova İnstaqramdakı fotoları ilə izləyiciləri heyran edir. Allsport.az xəbər verir ki, seksual model bir zamanlar Zaqatalanın “Simurq” klubunda oynamış çex hücumçu Lukaş Treşnakla ailəlidir. Cütün 2 övladı var.

“Sparta” (Praqa), “Yablonets” kimi klublarda çıxış etmiş Treşnak 2014-cü ildə “Simurq”da oynayıb və Zaqatala klubundan ayrılandan sonra karyerasını bitirib.

Kristina Şikovanın “Instagram”da 97 min izləyicisi var. Onun qardaşı Patrik Almaniyanın “Bayer” klubunda oynayır.

Çex Respublikası 1/4 finalda Danimarka ilə matçını Bakı olimpiya stadionunda keçirəcək.

May be an image of 1 person

Həmin kateqoriyadan