“Baku City Residences”dən 9-cu “Arpaçay” beynəlxalq karate turnirinə dəstək

Bu yaxınlarda “İlin ən yaxşı idman klubu” nominasiyası üzrə qalib olan “Arpaçay” karate klubu 20 Yanvar şəhidlərinin xatirəsinə ənənəvi “Arpaçay” beynəlxalq karate turnirinə hazırlaşır.

Allsport.az saytı xəbər verir ki, hazırlıq tədbirləri çərivəsində bu gün klubunun prezidenti Yavər Hüseynov və “Baku City Residences” şirkətinin icraçı direktoru Ramil Məhərrəmov ilə görüşüb.

Söhbət zamanı 2024-cü ilin 20–21 yanvar tarixlərində Bakı idman sarayında keçiriləcək yarışla bağlı müzakirələr aparılıb və əməkdaşlıq barədə razılıq əldə olunub.

Həmin kateqoriyadan