“Baku Open” turnirində 1000-dək karateçi

Martın 5-8-də boks idman mərkəzində 11-ci “Baku Open” beynəlxalq karate turniri keçiriləcək. Allsport.az xəbər verir ki, turnir bu dəfə dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunur.

Yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-20 yaşlı gənclər, böyüklər və veteran karateçilər iştirak edəcəklər. Fərdi və komanda yarışlarında Türkiyə, Malayziya, Misir, Gürcsütan və 10-dək ölkədən 1000-dək idmançının iştirakı gözlənilir.

Yarışın təntənəli açılış mərasimi martın 6-sı saat 17:00-da olacaq.

Həmin kateqoriyadan