Balakəndə qızların futzal kuboku

Dekabrın 22-də və 23-də  Balakən rayonunda 13 yaşadək məktəbli qızlar arasında futzal kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, olimpiya idman kompleksində keçiriləcək yarışda rayonun 12 məktəbindən 120 şagird iştirak edəcək.

Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 oyun keçiriləcək. Növbəti gün isə play-off mərhələsinin oyunları təşkil olunacaq. AFFA və UEFA tərəfindən iştirakçı komandalar idman geyimləri və ayaqqabılarla təmin olunacaqlar.

Turnirdə ilk üç yeri tutan komandalara diplomlar və medallar, qalib komandaya isə kubok təqdim ediləcək. Xatırladaq ki, adı çəkilən təşkilatların dəstəyi ilə keçirilən qızlar futzal kuboku layihəsi bundan əvvəl Qubada və Mingəçevirdə təşkil olunub. 

Həmin kateqoriyadan