- Baxış sayı: 33
- 07 İyul 2026 21:08
- Baxış sayı: 173
- İyul 07, 2026
- 0

ABŞ millisinin və “Monako”nun hücumçusu Folarin Baloqun 2026-cı il dünya çempionatının 1/8 finalında Belçikaya 1:4 hesabı ilə uduzduqları oyundan sonra qırmızı vərəqə qalmaqalı barədə ilk dəfə danışıb.
Allsport.az xəbər verir ki, Belçika ilə qarşılaşmadan əvvəl FIFA-nın İntizam Komitəsi Baloqunun cəzasını dayandıraraq onun meydana çıxmasına icazə vermişdi. Bu qərar böyük müzakirələrə səbəb olmuş, xüsusilə ABŞ Prezidenti Donald Trampın FIFA prezidenti Canni İnfantinoya bu məsələ ilə bağlı zəng etdiyini açıqlamasından sonra quruma yönələn tənqidlər daha da artmışdı.
Matçda 92 dəqiqə meydanda olan Baloqun məhsuldar fəaliyyəti ilə yadda qalmayıb. O, baş verənlərlə bağlı bunları deyib:
“Belə qərarlar dəyişdiriləndə, təbii ki, müzakirələr yaranır. Bu məni çox da təəccübləndirmədi. Mənim işim meydana çıxıb futbol oynamaqdır. Mən sadəcə müəyyən olunmuş prosedura əməl etdim. Açığı, bunun necə işlədiyini özüm də tam başa düşmürdüm. Mənə qırmızı vərəqə göstəriləndə də qərarı qəbul etdim, sonradan oynaya biləcəyim deyiləndə də. Bu prosesdə heç bir iştirakım olmayıb və məsələ şəxsən mənimlə bağlı deyil”.