- Baxış sayı: 21
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 270
- Oktyabr 25, 2026
- 0

“Qalatasaray”ın müdafiəçisi Əbdülkərim Bardaqçı karyerasını Rusiya premyer liqasında davam etdirə bilər.
Allsport.az xəbər verir ki, “Zenit” və SSKA Bardaqçı üçün “aslanlar”a 5 milyon avro təklif edib.
Əbdülkərim mərkəz müdafiəçisi kimi çıxış edir. O, 2022-ci ilin yayında 2,8 milyon avroya Türkiyə klubuna keçib.
28 yaşlı futbolçu ötən mövsüm 33 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.