- Baxış sayı: 34
- 30 Avqust 2026 23:44
- Baxış sayı: 58
- Avqust 30, 2026
- 0

“Sabah”ın UEFA çempionlar liqasının əsas mərhələsindəki oyunlarının təqvimi bəlli olub.
Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”lə üz-üzə gələcək.
Ölkə çempionu oktyabrın 13-də Bakıda Çex Respublikasından “Slaviya”nı, 20-də isə Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edəcək.
Noyabrın 4-də Norveçdə “Vikinq”in qonağı olacaq “bayquşlar” 25-də Bakıda “Barselona” ilə qarşılaşacaq.
“Sabah” dekabrın 8-də İspaniyada “Vilyarreal”la münasibətlərə aydınlıq gətirəcək.
Nəhayət, paytaxt təmsilçisi 2027-ci il yanvarın 20-də “Napoli”ni qəbul edəcək, 27-də isə İngiltərədə “Arsenal”la üz-üzə gələcək.