“Barselona” onu icarəyə verdi

“Barselona” onu icarəyə verdi

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado La liqada klubunu dəyişib.

Allsport.az xəbər verir ki, “Deportivo” ispaniyalı futbolçunu icarəyə götürüb.

Kasado mövsümün sonunadək La Korunya təmsilçisinin formasını geyinəcək. Klublar arasındakı anlaşmada 22 yaşlı dayaq yarımmüdafiəçisi üçün 30 milyon avroluq satınalma bəndi yer alıb.

Mark Kasado “Barselona”nın yetirməsidir. İspaniya millisinin üzvü 2025/26 mövsümündə Kataloniya nəhənginin heyətində meydana çıxdığl 34 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan