- Baxış sayı: 122
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

“Barselona”nın cinah hücumçusu Runi Bardaqci ağır zədə alıb.
Allsport.az xəbər verir ki, tibbi müayinədən keçən 20 yaşlı futbolçunun sağ dizində çarpaz bağların zədələndiyi müəyyən edilib.
Məşq zamanı zədələnən isveçli vinger əməliyyat olunacaq. Onun 6–7 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Bardaqci 2025-ci ilin yayında “Kopenhagen”dən “Barselona”ya transfer olunub.