- Baxış sayı: 38
- 28 Avqust 2026 23:53
- Baxış sayı: 133
- Avqust 27, 2026
- 0


“Barselona”sının ən yüksək ödənişli futbolçularının yenilənmiş reytinq siyahısını təqdim edib.
Allsport.az xəbər verir ki, maaş cədvəlinin zirvəsində yarımmüdafiəçi Rodri və cinah hücumçusu Lamin Yamal bərabər göstərici ilə yer alıblar. Hər iki futbolçunun vergilər ödənilənədək illik məvacibi 31 milyon 250 min avro təşkil edir.
Yaz-yay transfer pəncərəsində heyətə qatılan yeni futbolçular komandanın maliyyə strukturuna ciddi təsir göstərib. Siyahının ilk pilləsində qərarlaşan Rodri ilə yanaşı, almaniyalı hücumçu Karim Adeyemi 15 milyom 630 min avro illik məvaciblə 8-ci, ingiltərəli vinger Entoni Qordon isə 15 milyon avro qazanc ilə 9-cu pillədə qərarlaşıb.
Siyahının ilk yarısında liderlərin ardınca Rafinya (20 milyon 840 min avro), Jül Kunde (19 milyon 550 min avro) və 2026/27 mövsümünü icarə əsasında “Ayaks”da keçirən Mark-Andre ter Ştegen (18 milyon 230 min avro) qərarlaşıb. Onluğun aşağı hissəsində isə Frenki de Yonq (18 milyon avro), Pedri (16 milyon) və illik məvacibi 14 milyon avro olan Dani Olmo yer alıb.