- Baxış sayı: 122
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo atasını itirən argentinalı ulduz Lionel Messiyə dəstək olub.
Allsport.az xəbər verir ki, avqustun 8-də 68 yaşlı Xorxe Messi ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Avqustun 12-də isə Lionel Messi itkisi ilə bağlı sosial şəbəkədə ilk paylaşımını edib.
Ronaldo Messinin həmin paylaşımının altında şərh yazaraq başsağlığı verib:
“Bu çətin məqamda səni və sevdiklərini bərk-bərk qucaqlayıram, Lionel… Güclü ol ❤️🩹”.