- Baxış sayı: 26
- 11 Avqust 2026 12:19
- Baxış sayı: 103
- Avqust 10, 2026
- 0

“Bavariya” hücumçusu Harri Keynlə bağlı qərarını verib.
Allsport.az xəbər verir ki, Münhen təmsilçisi ingiltərəli forvardın müqaviləsini 2029-cu ilin yayına qədər uzatmaq istəyir.
Tərəflər arasında yeni sözləşmə ilə bağlı danışıqlar bu həftə keçiriləcək.
33 yaşlı hücumçunun illik qazancının təxminən 25 milyon avro səviyyəsində qalacağı bildirilir.
Keynin “Bavariya” ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir. Almaniya klubu onun transferi üçün 100 milyon avro ödəyib. Forvard ötən mövsüm 51 matçda 61 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.