“Bavariya”dan yeni təklif

“Bavariya” hücumçu Harri Keyn üçün “Tottenhem”ə yeni təklif göndərməyə hazırlaşır.

Allsport.az xəbər verir ki, Münhen təmsilçisinin yeni təklifi 80 milyon avro təşkil edəcək. Daha əvvəl məlum olmuşdu ki, İngiltərə klubu 29 yaşlı futbolçunu 70 milyon avroya satmaqdan imtina edib.

Keynin “Tottenhem”lə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Hücumçu ötən mövsüm bütün turnirlərdə 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan