“Bavariya”dan “İnter”ə

“Bavariya”nın və Fransa millisinin sağ cinah müdafiəçisi Benjamin Pavar “İnter”in futbolçusu olub.

Allsport.az saytı xəbər verir ki, tərəflər 2028-ci ilin iyun ayına qədər müqavilə imzalayıblar. Anlaşma “neradzurri”yə 30 milyon (+2 milyon) avroya başa gəlib.

O, Münxen klubuna 2019-cu ilin yayında “Ştutqart”dan keçib. 27 yaşlı futbolçu “Bavariya”da 163 oyun keçirib. Onun Fransa yığmasında 49 matçda 3 qolu var.

Həmin kateqoriyadan