“Baxarıq”. Dias 2026-cı il Dünya Kubokunun Ronaldu və Messi üçün sonuncu olacağına əmin deyil

“Mançester Siti”nin və Portuqaliya millisinin müdafiəçisi Ruben Diaş əfsanəvi portuqaliyalı hücumçu Kriştianu Ronaldunun 2026-cı il Dünya Kubokunda iştirakı barədə danışıb. Allsport.az saytı xəbər verir ki, 41 yaşlı ulduz futbolçu ilə yanaşı, 38 yaşlı argentinalı Lionel Messi və 40 yaşlı xorvatiyalı Luka Modriç də qarşıdan gələn dünya çempionatında mübarizə aparacaqlar:

“Baxarıq (gülümsəyir). Bu, əlavə motivasiyaedici amildir. Həmin anı ona yaşatmaq hamımız üçün, özümüz üçün, bütün Portuqaliya üçün, ailələrimiz üçün sevinc olardı. Bu təzyiq deyil, xüsusi bir istəkdir – turnirdə iştirak etmək və ora qalib gəlmək”.

Həmin kateqoriyadan