- Baxış sayı: 5
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 529
- Oktyabr 21, 2026
- 0

“Fənərbağça”dan ayrılan Anderson Talişkanın yeni klubu məlum olub.
Allsport.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
Talişka “Əl-Cəzirə” ilə anlaşıb. 32 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Anderson Talişka 2025-ci ilin yanvarından “Fənərbağça”da çıxış edirdi.