- Baxış sayı: 31
- 19 Avqust 2026 13:58
- Baxış sayı: 96
- Avqust 18, 2026
- 0

“Çelsi”nin baş məşqçisi Xabi Alonso komandanın yarımmüdafiəçiləri Koul Palmer və Morqan Rocersin birgə oyunundan danışıb.
Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis hər iki futbolçunun bir-birini yaxşı tamamladığını bildirib:
“Düşünürəm ki, onlar bir-birinə əla uyğun gəlirlər. Əlbəttə, meydandan kənarda yaxşı münasibətin olması vacibdir və onların belə əlaqəsi artıq var. İndi bunu meydana da daşımaq lazımdır.
Hər ikisi istedadlıdır, çox çalışırlar və müasir futbola uyğundurlar. Onların oyununda gözlənilməzlik var, eyni zamanda komandadakı rollarını və məsuliyyətlərini yaxşı başa düşürlər. Belə futbolçularla işləmək çox xoşdur.
Onların birlikdə çox yaxşı çıxış edə biləcəyini görürəm. Birlikdə oynayanda həm bir-biri, həm də digər komanda yoldaşları ilə qarşılıqlı anlaşmaları yaxşı olur.
Onların ən yaxşı mövqeyi hansıdır? Hücumun istənilən mövqeyində oynaya bilərlər. Söhbət konkret mövqedən yox, dinamika, qarşılıqlı anlaşma və bir-biri ilə nə dərəcədə yaxşı əlaqə qurmaqlarından gedir. Futbolda dəfələrlə görmüşük ki, oyunçular özləri nə etməli olduqlarını anlayırlar. Biz elə qarşılıqlı əlaqə yaratmalıyıq ki, onlara hər addımı izah etməyə ehtiyac qalmasın və onlar özləri həll yolları tapsınlar”.