- Baxış sayı: 25
- 26 Aprel 2024 20:00
- Baxış sayı: 50
- Aprel 23, 2024
- 0
5 Belarus alpinisti 2-ci Avropa oyunlarının məşəlini qitənin ən yüksək nöqtəsinə – Monblan zirvəsinə qaldırıblar. Allsport.az saytı xəbər verir ki, çox mürəkkəb olan ekspedisiya zamanı idmançılar marşrutu 2 dəfə təkrar etməli olublar.
Onların günəşin çıxması ilə qürubu arasındakı vaxtda istirahət üçün cəmi bir gün vaxtları olub. İlk dırmanma üçün 5 gün sərf edən alpinistlər, ikinci cəhddə məşəli 3 günə dağın zirvəsinə çatdıra biliblər. Ekspedisiyanın 1-ci günündə isə onlar şiddətli qar çovğunu ilə qarşılaşıblar.
Belarus alpinistləri məşəli yandırdıqdan sonra, Monblan zirvəsindən enməyə başlayıblar. Olimpiya məşəli Avropanın 8 ölkəsindən keçərək 50 gündən sonra – iyunun 21-də Minskin “Dinamo” stadionunda keçiriləcək təntənəli mərasimdə alovlandırılacaq. Qeyd edək ki, 21-30 iyunda keçiriləcək 2-ci qitə oyunlarında Azərbaycan millisi güclü heyətlə təmsil olunacaq.