- Baxış sayı: 125
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

“Jirona”dan ayrılan Aksel Vitsel karyerasını Fransada davam etdirəcək.
Allsport.az xəbər verir ki, yarımmüdafiəçi “Nitsa” ilə anlaşıb.
Liqa 1 təmsilçisi 37 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalayıb.
Vitsel əvvəllər İspaniyada “Atletiko”, “Jirona”, Almaniyada “Borussiya”, Rusiyada “Zenit”də çıxış edib.
O, ötən mövsüm “Jirona”nın heyətində 32 matçda forma geyinib.